Libertadores kubokunun qalibindən “Xəzər Lənkəran”ın hücumçusuna məsləhət
27.05.2011 - 10:24
Hondurasın “Real Espana” klubu müqavilə ilə “Xəzər Lənkəran”a məxsus olan Allan Lalini transfer etməyə tələsmir. Apasport.az saytının məlumatına görə, hücumçunun sabiq komandası onu geri qaytarmaq istəsə də, bunun üçün xərcə düşmək fikrindən uzaqdır.
Klubun argentinalı baş məşqçisi Mario Zanabria da “Xəzər Lənkəran”la danışıqların futbolçu tərəfindən aparılmalı olduğunu düşünür: “Allan Lalinə 1 məsləhətim var. Əvvəl “Xəzər Lənkəran”la məsələsini həll etsin. Bundan sonra komandamıza qayıda bilər. Özü də bunun üçün vaxt məhdudiyyəti də yoxdur. İstədiyi vaxt qapılarımız onun üzünə açıqdır”.
Qeyd edək ki, zəngin futbolçu və məşqçi karyerasına malik Zanabria Argentina yığmasında 4 oyuna 2 qol vurub. Ən böyük uğurları isə futbolçu kimi “Boka Xuniors”un heyətində 2 dəfə Libertadores, 1 dəfə Qitələrarası kuboku qazanmaq olub.

0
0