Zaur Tağızadəni “Neftçi”dən kim küsdürüb?
27.05.2011 - 10:33
“Neftçi”nin əvəzedici heyətinin məşqçisi vəzifəsindən ayrılan Zaur Tağızadənin 7 il şərəfini qoruduğu komandadan ayrılmasının səbəbi məlum olub. Apasport.az saytının məlumatına görə, 32 yaşlı çalışdırıcı klub rəhbərliyindəki bəzi şəxslərlə arasında yaşanan problemlər üzündən “ağ-qaralar”dan küsüb.
Əldə etdiyimiz bilgiyə əsasən, Tağızadənin əsas qənimi klubun vitse-prezidenti Tahir Süleymanov imiş. Belə ki, vaxtilə hakimlikdən kənarlaşdırılan futbol funksioneri indi də başqalarının işinə “hakimlik” etməyə cəhd edir.
Elə Tağızadə də futbolumuzdakı xidmətləri onunla müqayisədə daha az olan birisinin işinə müdaxilələrindən bezib. Düzdür, Zaurun digər klub rəsmisi Mübariz Xudiyev tərəfindən “Neftçi”dən didərgin salındığı da iddia olunur. Lakin klubda əsas fiqurlardan olmayan Xudiyev Süleymanovun göstərişi olmadan heç kimi sıxışdıra bilməzdi.
Tağızadə isə artıq “Qarabağ”a üz tutub. Həmin “Qarabağ”a ki, Süleymanov vaxtilə bu klubdan da kənarlaşdırılıb.

0
0