Musa Süleymanovun Əsgər Abdullayevdən ilk tələbi
27.05.2011 - 11:19
“Əsgər Abdullayevin komandanın baş məşqçisi postuna təyin edilməsinə razılıq vermişəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Turan” klubunun prezidenti Musa Süleymanov deyib.
Başa çatan mövsümdə 5 baş məşqçi ilə çalışan Tovuz təmsilçisi Premyer Liqadakı yerini qorumağı bacardı. Yeni çempionatda isə əyalət klubunu Əsgər Abdullayevin çalışdıracağı dəqiqləşib. Yaxın günlərdə mütəxəssislə müqavilə imzalanacaq.
Klub rəhbərliyi yeni baş məşqçinin qarşısına “Turan”ın özünəməxsus oyun sərgilməsinə nail olmaq tapşırığı qoyub: “Ondan tələbim “Turan”ın yaxşı futbol oynamasına nail olmaqdır. Baş məşqçi ilk “altılıq” uğrunda mübarizə aparmaq istəyir. Mən isə ondan öz oyunumuzu oynamağı tələb edirəm”.
Heyətə gəldikdə, klub rəhbəri komandaya yeni legioner dəvət etmək istəmədiklərini, 4 əcnəbini saxlayacaqlarını bildirib: “Martin Keçev, Georgi Beriaşvili, Giorgi Çediya komandada qalacaq. Muammer Erdoğdunun bizimlə anlaşması başa çatıb. İstəsə, onu heyətimizdə saxlayacağıq”.
Baş məşqçinin istəyi ilə kənardan 6-7 yerli futbolçunu da komandaya götürəcək “Turan” onları əvvəlcə baxışda dəvət edəcək. Onlar arasında vaxtilə əyalət təmsilçisinin formasını geyinənlər də var: “Baş məşqçi 6-7 yerli futbolçunu komandaya götürmək istəyir. Baxışa dəvət ediləcəklər. Etimadları doğrultsalar, müqavilə imzalayacağıq. Təcrübəli oyunçular arasında Nadir Nəbiyevlə Ruslan Abbasov da olacaq. Bu baş məşqçinin istəyidir”.
Komandanın hazırlıq planı barədə də danışan Süleymanov bu dəfə Türkiyəyə getməyəcəklərini bildirib: “Ölkə xaricində təlim-məşq toplanışı keçirəcəyik. Ancaq bu dəfə Türkiyəyə getməyəcəyik. Fikrimizdə var ki, Gürcüstana yollanaq. Toplanışın vaxtı ilə bağlı açıqlama veriləcək”.

0
0