Parks və Adamiya mükafatını almayacaq!
27.05.2011 - 12:17
Parks və Adamiya mükafatını almayacaq!
Azərbaycan Premyer Liqasının aprel və may aylarının ən yaxşı futbolçularının mükafatlandırılma mərasimi səbəbkarlar olmadan keçiriləcək. Apasport.az saytının məlumatına görə, bu aylarda müvafiq olaraq ən çox səs toplamaqla birinci olan Uinston Parks (“Xəzər Lənkəran”) və Georgi Adamiya (“Qarabağ”) bu gün saat 15:00-da başlayacaq tədbirdə iştirak etməyəcəklər. Buna səbəb onların artıq ölkəmizdə olmamaqlarıdır.

Qeyd edək ki, Parks Kosta-Rikaya bu gün səhər yola düşübsə, Adamiya artıq neçə vaxtdır Gürcüstan yığmasının düşərgəsindədir.