“Azərbaycan şahmat komandası dünyada ən güclülərdən biridir”
27.05.2011 - 12:25
“Azərbaycan şahmat komandası dünyada ən güclülərdən biridir”
“Dünya şahmat tacı uğrunda iddiaçıların Kazandakı görüşləri çox maraqlı keçdi. Əlbəttə, rusiyalı Aleksandr Qrişukun finalda uduzması bizi çox məyus etdi. Ancaq neyləmək olar, bu, mübarizədir”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov deyib.

Azərbaycanda səfərdə olan Jukov Boris Gelfandın qələbəsi ilə başa çatan iddiaçıların Kazandakı görüşlərinə münasibət bildirib. Rusiya Şahmat Federasiyasının sabiq prezidenti Azərbaycan şahmatçılarını dünyada ən güclülərdən sayır: “Yeri gəlmişkən, Azərbaycan Olimpiya Komitəsinin prezidenti İlham Əliyevlə görüşdə şahmat məsələlərini də müzakirə etdik. Çünki Azərbaycanda çox gənc, istedadlı şahmatçılar var. Onlar dünyada ilk “20-liyə”, hətta “10-luğa” daxildirlər. Bizim onlarla çox yaxşı əlaqələrimiz var. Biz azərbaycanlı şahmatçıları keçirdiyimiz turnirlərdə çox yaxşı qəbul edirik. Bu da gözəl münasibətin göstəricisidir. Azərbaycan komandası dünyada ən güclülərdən biridir”.