“Bakıda qapazaltı olmamağa çalışacağıq”
27.05.2011 - 15:11
“Qarşıdakı turnir bizim üçün Asiya çempionatının seçmə oyunlarına hazırlıq məqsədi daşıyır. Azərbaycanda olduğumuz vaxt Avropa təmsilçiləri İspaniya, Gürcüstan və Qazaxıstanla görüşəcəyik. Bu, bizə qiymətsiz beynəlxalq təcrübə verəcək”. Apasport.az saytının məlumatına görə, bu sözləri 16 yaşadək futbolçulardan ibarət Tacikistan milli komandasının baş məşqçisi vəzifələrini icra edən Numon Yusupov deyib.
O, Bakıda təşkil olunacaq “Caspian Cup” turnirinə dəvətin yerinə düşdüyünü bildirib. Yusupov komandasının turnirdəki vəzifəsini də açıqlayıb: “Təbii ki, qrupumuzun favoriti İspaniyadır. Digər 2 komanda da güclü rəqiblərdir. Əsas məqsədimiz layiqli çıxış etmək, qapazaltı olmamaqdır. Çalışacağıq ki, özümüzü göstərək”.
Qeyd edək ki, Tacikistan yığması Bakıya iyunun 8-də gələcək.

0
0