Əsgər Abdullayevin dəvət göndərdiyi qapıçı - FOTO
27.05.2011 - 23:05
“Turan”ı çalışdıracağı dəqiqləşən Əsgər Abdullayev heyətə yeni futbolçular dəvət edir. Apasport.az saytının xəbərinə görə, artıq təcrübəli məşqçinin xidmətində maraqlı olduğu qapıçının kimliyi aydınlaşıb.
Belə ki, 3 il əvvəl məşqçinin istəyi ilə AZAL-a dəvət edilən, ancaq ehtiyatda qaldığı üçün 3 gün əvvəl müqaviləsi uzadılmayan Elşən Poladov karyerasını “Turan”da davam etdirə bilər. Bu haqda futbolçu özü məlumat verib: “AZAL-dan ayrıldıqdan sonra hələ klubsuzam. Xidmətimdə maraqlı olduğu deyilən klublar var. Onlardan “Turan”ın adını qeyd edə bilərəm. Dəvəti Əsgər Abdullayev edib. Lakin hələ dəqiqləşməyib”.
Digər klublara gəldikdə, qapıçı hələlik əksər komandaların büdcələrini müəyyənləşdirmədiyini, buna görə də konkret addım atmadıqlarını deyib: “Mövsüm yeni başa çatdığına görə, digər klublar yeni çempionatla bağlı büdcənin təsdiq edilməsini gözləyirlər. Büdcə təsdiqləndikdən sonra transfer çalışmalarına başlayacaqlarını deyirlər”.
Qeyd edək ki, “Turan” Elşən Poladov üçün yad deyil. O, 2005/06-cı il mövsümünün birinci dövrəsini Tovuz təmsilçisinin heyətində keçirib.

0
0