53 milyon avroluq qələbə
27.05.2011 - 16:38
53 milyon avroluq qələbə
Çempionlar Liqasının sabah keçiriləcək final oyununda komandaların qazanacağı pulun məbləği məlum olub. Apasport.az saytının məlumatına görə, İspaniya “Barselona” və İngiltərənin “Mançester Yunayted” klubları arasında görüşün qalibi 126 milyon avroya sahib çıxacaq.

Bu, ötən ilki finalın qalibi ilə müqayisədə 16 milyon çoxdur. Finalın uğursuzu isə büdcəsinə 73 milyon əlavə etmiş olacaq. Bu isə o deməkdir ki, qələbə ilə məğlubiyyət arasında 53 milyon avroluq fərq var.