“Qalatasaray” Türkiyə yığmasının daha bir futbolçusunu transfer edir
27.05.2011 - 16:59
“Qalatasaray” Türkiyə yığmasının daha bir futbolçusunu transfer edir
“Qalatasaray” Türkiyə millisinin daha bir futbolçusu ilə maraqlanır. Apasport.az saytının məlumatına görə, “Cim Bom”un baş məşqçisi Fatih Terim 2008-ci ildə Türkiyə yığmasında rəhbərliyi altında oynamış Mövlud Erdinci sərəncamında görmək istəyir. Terim hücum xəttini PSJ klubunda oynayan 24 yaşlı futbolçu ilə gücləndirmək fikrindədir.

Mövlud Fransada anadan olsa da, Türkiyə yığmasında oynayır. Onu millidə məhz Terim gətirib. Milli komandamıza qarşı oynamış Erdinc PSJ-də ötən mövsümdə 32 görüşdə 9 qol vurub.

Qeyd edək ki, Terim “Fənərbaxça” ilə müqaviləsi bitən Türkiyə yığmasının digər hücumçusu Semih Şəntürkü də transfer etmək istəyir.
0