“Everton” Araz Abdullayevi çağırır
27.05.2011 - 16:32
İngiltərənin “Everton” klubundan “Neftçi”yə məktub daxil olub. Apasport.az-ın paytaxt komandasının rəsmi saytına istinadən məlumatına görə, məktubda futbolçu Araz Abdullayevin iyulun 5-də Liverpul şəhərini təmsil edən komandanın düşərgəsində olması nəzərdə tutulub. Bundan sonra “Neftçi”nin yetirməsinin “Everton”un heyətində təlim-məşq toplanışında iştirak edəcəyi gözlənilir.
Qeyd edək ki, Araz Abdullayev hazırda Azərbaycanın 21 yaşadək yığma komandasının düşərgəsindədir. U-21 mayın 31-də Moldova yığması ilə yoldaşlıq oyunu keçirəcək.
Qeyd edək ki, Araz Abdullayev hazırda Azərbaycanın 21 yaşadək yığma komandasının düşərgəsindədir. U-21 mayın 31-də Moldova yığması ilə yoldaşlıq oyunu keçirəcək.
0
0