“Neftçi”nin sabiq qapıçısı “Xəzər Lənkəran”la müqavilə bağladı
27.05.2011 - 21:52
“Neftçi”nin sabiq qapıçısı “Xəzər Lənkəran”la müqavilə bağladı
“Xəzər Lənkəran” mövsümlərarası fasilədə ilk transferini reallaşdırıb. Apasport.az saytının xəbərinə görə, “ağ-yaşıllar” “Turan”ın qapıçısı Kamal Bayramovla iki illik müqavilə imzalayıb.

25 yaşlı qolkiper peşəkar karyerasına “Neftçi”də başlayıb. O, bu klubda 2001-2002-ci illərdə oynayıb. Sonradan Kamalın futbol karyerasında zədə ucbatından uzundövrlü fasilə yaranıb. Bayramov meydana yenidən 2007-ci ildə qayıdıb. O zaman qapıçı “Muğan” klubunun şərəfini qoruyurdu və məhz o dövrdə (2007/2008 mövsümündə) “Muğan” Premyer Liqaya yüksəldi.