“İnter”dən getmirəm, xəbərlərin hamısı yalandı”
28.05.2011 - 10:55
Bir müddətdi "İnter"in istedadlı futbolçusu Uesli Sneyder haqqında transfer şayiələri dolaşırdı. Apasport.az-ın xəbərinə görə, Avropa mətbuatı onun yayda komandadan ayrılacağını və böyük ehtimalla "Mançester Yunayted"ə keçəcəyini iddia edirdi.
Lakin İtaliyanın "Corriere dello Sport" qəzetinə danışan holland ulduz bütün bu iddialara nöqtə qoyub. 26 yaşlı yarımmüdafiəçi ən azı gələn mövsüm də Milan klubunun şərəfini qoruyacağını səsləndirib: "Heç yerə getmirəm, xəbərlər hamısı yalandı. Bu mövsüm keçirdiyim zədələrə görə lazımi oyun göstərə bilmədim. Məşqlərə başlamışam, özümü yaxşı hiss edirəm. Bazar günü "Palermo" ilə oynayacağımız ölkə kubokunun finalını səbirsizliklə gözləyirəm. Çünki sağalmışam və həmin matçda meydana çıxa bilərəm".

0
0