“Çelsi”yə daha bir namizəd
28.05.2011 - 11:39
“Çelsi”yə daha bir namizəd
Karlo Ançelottini istefaya göndərən "Çelsi"də baş məşqçi postuna namizədlərin sayı günbəgün artır. Apasport.az saytının xəbərinə görə, Qus Hiddink, Andre-Villas Boas, Valter Matsaridən sonra bu dəfə də Manuel Pelleqrininin London təmsilçisinə keçəcəyi ilə bağlı xəbərlər yayılıb.

Bu barədə çilili mütəxəssisin meneceri Xesus Martines mətbuata məlumat verib. O, "zadəganlar"ın müştərisi ilə maraqlandığını bildirib: "Çelsi"nin Pelleqrini ilə maraqlanması olduqca normaldı. Amma o, "Malaqa"da xoşbəxtdi və müqaviləsi davam edir. Komandanın uğurları üçün böyük səy göstərir. Çox güman ki, agentim gələn mövsüm də "Malaqa"nı çalışdıracaq".

Xatırladaq ki, İspaniya macərasına "Vilyarreal"la (2004-09) başlayan 57 yaşlı məşqçi daha sonra bir mövsüm "Real"ın uğurları üçün tər tökmüşdü. Mövsümü kuboksuz tamamladığına görə qovulan Pelleqrini ötən ilin noyabrından "Malaqa"ya baş məşqçilik edir.