“Barcelona” klubunun futbolçuları Ronaldoya sataşdılar
28.05.2011 - 11:17
Çempionlar Liqasının finalı yaxınlaşdıqca "Barselona" futbolçuları Premyer Liqada çempion olmuş rəqibləri "Mançester Yunayted" barədə qorxularını dilə gətirməyə başlayıblar. Lakin onların səsləndirdiyi fikirlər yenə də əzəli rəqibləri Kriştianu Ronaldo ilə bağlı olub. Apasport.az-ın xəbərinə görə, "Barsa"lılar "qırmızı şeytanlar"ın Ronaldo olmadan daha yaxşı oynadığını dilə gətirib.
Katalonların cinah müdafiəçisi Dani Alveşin sözlərinə görə, portuqaliyalı "Real"a transfer olduqdan sonra "MY."nin hansı yönümdə futbol oynayacağını yəqin etmək olmur: "İki il əvvəlkindən daha güclüdülər. Bunun Ronaldonun gedişiylə əlaqəsi olduğunu dəqiq bilmirəm, amma gerçək budu ki, indi meydanda daha yaxşı "Yunayted" var. Topu özlərində saxlamağı bacarırlar və birbaşa hücum etmirlər. Oyunçular da bir-birini yaxşı tanıyır".
Alveşdən sonra buna bənzər fikirləri David Vilya və Xavi Ernandes də səsləndirib. Onlar mankunianların Ronaldodan sonra daha yaxşı komanda olduğunu dilə gətiriblər. Vilya açıqlamasında bunları deyib: "Kriştianunun gedişi "MY"yə azadlıq verdi. Bir çox yaxşı oyunçu gəldi. Bu isə onları uzun müddətdi yüksək səviyyədə saxlayır".
Xavinin sözləri isə belə olub: "Əvvəlki kimi sadə, eynitipli və birbaşa oynamırlar. Bunda Ronaldonun ayrılmasının da rolu var. İndi komanda şəklində oynamağa başlayıblar".

0
0