Avropanın ən güclüsü - “Barselona”!
29.05.2011 - 00:34
Avropanın ən güclüsü - “Barselona”!
Avropanın ən nüfuzlu klub turniri Çempionlar Liqasında 2010/11 mövsümünə yekun vurulub. Apasport.az saytının xəbərinə görə, Londonda keçirilən final matçında qitənin adlı-sanlı komandaları - İspaniyanın “Barselona” və İngiltərənin “Mançester Yunayted” klubları qarşılaşıb.

“Uembli” stadionunda macarıstanlı hakim Viktor Kaşşainin idarə etdiyi qarşılaşmada qapılara 4 qol vurulub. Hesabı 27-ci dəqiqədə Pedro Rodriges açıb. Buraxılan qoldan şoka düşən “qırmızı şeytanlar” çox keçmədən tarazlığı bərpa ediblər. 34-cü dəqiqədə Ueyn Runi fərqlənib.

Amma bu, ingilislərin oyunda vurduğu yeganə qol olub. Əvəzində “Barsa” rəqibini 2 dəfə cəzalandırıb. İkinci hissənin əvvəllərində Lionel Messinin uzaq məsafədən zərbəsi dəqiq olub. 69-cu dəqiqədə Vilyanın vurduğu zərbə isə həm gözəl, həm də qarşısıalınmaz olub.

Bununla, “Barselona” tarixində dördüncü dəfə Çempionlar Liqasının ən güclü komandası olub.


Çempionlar Liqası
Final
28 may


“Barselona” (İspaniya) - “Mançester Yunayted” (İngiltərə) – 3:1
QOLLAR: Pedro Rodriges, 27; Lionel Messi, 54; David Vilya,69 - Ueyn Runi, 34
Hakimlər: Viktor Kaşşai, Qabor Eros, Georgi Rinq, İştvan Vad.
0