“İnter” Türkiyəyə gedir
28.05.2011 - 11:41
“İnter” Türkiyəyə gedir
NBC Bank Azərbaycan kubokunun final oyunundan sonra istirahətə buraxılan "İnter" iyunun 20-də bir araya gələcək. Apasport.az saytının xəbərinə görə, yeni mövsümə hazırlıqlar çərçivəsində "bankirlər" ilk təlim-məşq toplanışını Türkiyədə keçirməyi planlaşdırır.

İyunun 23-dən iyulun 11-dək davam edəcək ilk toplanışın başa çatmasından sonra komanda qısamüddətli istirahətə yollanacaq. İyul ayının 16-dan 30-dək ikinci təlim-məşq toplanışının keçirilməsi nəzərdə tutulur. Lakin hazırlığın keçiriləcəyi yer hələlik məlum deyil.