Yıldıray Baştürk karyerasını başa vurdu
28.05.2011 - 12:09
Yıldıray Baştürk karyerasını başa vurdu
Türkiyə yığmasının sabiq futbolçusu Yıldıray Baştürk karyerasını başa vurub. Apasport.az saytının xəbərinə görə, futbolla vidalaşan Baştürk gələcəkdə məşqçi kimi işləmək istədiyini söyləyib.

“Artıq karyeramı bitirmək vaxtıdır. Bu ilin dekabrında 33 yaşım tamam olacaq. Doğrudur, bu yaşda futbollla vidalaşmaq bir qədər tez olsa da, karyeramı zirvədə olarkən bitirmək istəyirəm. Gələcəkdə isə məşqçi kimi çalışmaq arzusundayam. İnanıram ki, məşqçilik karyeram da uğurlu olacaq” – deyə, Baştürk bildirib.

Qeyd edək ki, Baştürkün son komandası İngiltərədə "Blekbern" olub. Almaniyada anadan olmuş futbolçu hazırda elə Almaniyada yaşayır.