Elvin Əliyev də “Turan”a keçir
28.05.2011 - 12:19
Elvin Əliyev də “Turan”a keçir
AZAL-la vidalaşan Elvin Əliyev növbəti mövsümdən karyerasını əyalət komandasında davam etdirə bilər. Apasport.az saytının xəbərinə görə, yığmamızın sabiq üzvünün yaxın günlərdə “Turan”a keçəcəyi gözlənilir. Əsgər Abdullayevin Tovuz təmsilçisinin “sükanı arxasına” keçməsindən sonra Əliyevin də bu komandada oynayacağı bildirilir.