“Gəncə” 4 əcnəbi ilə vidalaşdı
28.05.2011 - 13:35
Ölkənin ən titullu futbolçusu Mahmud Qurbanovla danışıqlara başlayan “Gəncə” artıq heyətə əl gəzdirir. Apasport.az saytının xəbərinə görə, qərb təmsilçisi düşərgəsində olan legionerlərdən dördü ilə vidalaşıb. Bunlar gürcüstanlı yarımmüdafiəçi Zura Dzamsaşvili, latviyalı hücumçu Kristap Qrebis, kamerunlu Patris Nukeu və serbiyalı müdafiəçi Vladimir Zelenbabadır.
0
0