Andrey Popoviç Lənkərana yollanır
28.05.2011 - 14:12
Andrey Popoviç Lənkərana yollanır
Azərbaycan millisinin heyətinə dəvət olunmuş Andriy Popoviç bu gün 21 yaşadək futbolçulardan ibarət yığmanın düşərgəsinə yollanacaq. Apasport.az saytının xəbərinə görə, mayın 31-də, saat 18:00-da 21 yaşadək futbolçulardan ibarət Azərbaycan və Moldova milliləri arasında Lənkəran şəhər Mərkəzi stadionunda yoldaşlıq oyunu keçiriləcək. Popoviç iyunun 1-dən etibarən Azərbaycan milli komandasının sərəncamında olacaq.