Azərbaycan – Almaniya matçına böyük maraq
28.05.2011 - 17:35
Azərbaycan – Almaniya matçına böyük maraq
Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Almaniya oyununa Kütləvi İnformasiya Vasitələri tərəfindən böyük maraq göstərilir. Apasport.az saytının xəbərinə görə, AFFA-nın tətbiq etdiyi sistemə uyğun olaraq, 305 nəfər yerli və xarici KİV nümayəndəsi həmin görüşü işıqlandırmaq üçün qeydiyyatdan keçib.

Xatırladaq ki, Azərbaycan – Almaniya matçı iyunun 7-də saat 22:00-da başalayacaq.