Altıncı barmaq
28.05.2011 - 17:52
Zaur Tağızadənin vida matçından imtina edib, "Neftçi"ni "Qarabağ"a dəyişməsi flaqman camiəsi adına üzücü bir olay oldu. Əlbəttə, burada söhbət "ağ-qaralar"ın peşəkar bir məşqçini itirməsindən getmir. Adam nə yatdı ki, nə də yuxu görə? Zaurdan hələ fərli-başlı məşqçi çıxacağı sual altındadı. Amma onun Sadıq Sadıqovun sözünü yerə salması ölkənin ən köklü klubunun imicinə xələl gətirən bir olaydı.
Özünün dediyinə görə, həmin vaxt ölkə xaricində olub. Amma əgər "Neftçi" kimi bir klubun prezidenti sənə vida matçı təşkil edirsə, lap Mozambikdə olsan belə, qaça-qaça gəlməlisən. Bunun başqa bir futbolçu etsə, hardasa anlamaq olar. Amma Zaur "Neftçi" rəhbərliyinin həmişə "Qızıl oğlan" adlandırdığı, ovcunun içində saxladığı, futbolçu karyerasının son 3 ilində boşuna maaş verdiyi, şəklini klubun avtobusuna vurduğu, pis-yaxşı işlə təmin etdiyi bir adamdı. Anlamıram, "Neftçi" sənin üçün daha nə etməliydi? Məgər bir ömür sənə borclarımı var?
Bu klub səni əvəzedici heyətdə köməkçi-məşqçi işləməyi özünə sığışdırmayacaq qədər böyüdüb, dağın başına qoyubsa, bunun dəyərini bilməlisən. "Qarabağ"a keçirsən, yolun açıq olsun. Biriləri ilə yola getməmisən, olan işdi. Bu, hər kəsin başına gələ bilər. Amma kimə və ya kimlərəsə görə "Neftçi" kimi köklü bir kluba hörmətsizlik etmək...
Ümumiyyətlə, mən indiyədəkdə Zaur Tağızadəyə niyə bu qədər önəm verildiyini anlaya bilməmişəm. Bəli, o, yaxşı, istedadlı futbolçu olub. Amma "Qızıl oğlan"... Bax, bu, fikirlə razı deyiləm. Belə bir təmtəraqlı ada layiq görülmək üçün gərək ətrafındakılardan açıq-aşkar seçiləsən.
Bəs, Tağızadə nə edib? Onun karyerasına nəzər salanda Bakıda Portuqaliyaya, Gəncədəki "qızıl oyun"da "Xəzər-Lənkərana"a, Sarayevoda isə "Şiroki Briyeq"ə vurduğu qoldan başqa heç nə yadıma düşmür. Hə, bir də Serbiya millisini "Şəfa" stadionunda yendiyimiz matçda Zaurun sonradan meydana daxil olması qazanılan qələbədə həlledici rol oynamışdı. Bəs, sonra? Vur-tut, 3-5 oyun.
Məgər buna görə hansısa futbolçunu dağın başına qaldırmağa gərək varmı? Bəlkə Zaur Avropanın hansısa ən azı ortabab klubunda forma geyinib, xəbərimiz yoxdu? Getdiyi yer bir Estoniyadı, bir də İslandiya. Həmin ölkələrin milli çempionatlarının səviyyə baxımından bizdən də aşağı olması hamıya məlumdu. Belə olan halda "Qızıl oğlan" söhbətinin haradan çıxdığını heç cür anlaya bilmirəm.
Ona qalsa, gərək Rəşad Sadıqova daha sanballı ləqəb fikirləşək. Adam Türkiyədə pis-yaxşı legioner həyatı yaşayıb, yığmamızın, "Neftçi"nin, son illər isə "Qarabağ"ın uğurlu çıxışında böyük pay sahibi olub. Ümumiyyətlə, Tağızadə ilə eyni nəsildən olan Qurban Qurbanov, Samir Əliyev, Kamal Quliyev, Vadim Vasilyev kimi futbolçular ondan heç də zəif olmayıblar. Hə, ola bilsin ki, Zaur onlardan bir az istedadlı olub.
Amma iş ondadı ki, Tağızadə 1 oyunda forma geyinəndə 10 matçı zədəli olduğu üçün buraxıb. Əgər bir futbolçu il yarım mövsüm zədə ucbatından yaşıl meydanlardan uzaq düşürsə, bunun əsas günahkarı onun özüdü. Özünə baxan, müalicəsinə fikir verən heç bir futbolçu bu qədər vaxtı forma üzünə həsrət qala bilməz.
Yuxarıda "Neftçi"nin futbolçu karyerasının son 3 ilində boşuna maaş verdiyini əbəs qeyd etmədim. Həqiqətən də Zaur karyerasının son illərində 3-5 oyunda forma geyindi ki, onda da qeyri-adi heç nə ilə yadda qalmadı.
Bir az pis səslənsə də, Tağızadə son illər "Neftçi" üçün altıncı barmaq kimi idi. Yəni kəssən ağrıdar, qalsa eybəcər görünər söhbəti.
Elə ona görə də Zaura boşuna məvacib verməkdən cana yığılan klub rəhbərliyi xahiş-minnətlə "Qızıl oğlan" ləqəbini "Əbədi zədəli"yə dəyişən Tağızadəni karyerasını bitirməyə razı saldı. Amma yenə də ona hörmət edib, işsiz qoymadılar. Zaur isə bəy verən atın dişinə bir az baxdıqdan sonra "Qarabağ" yolunu tutdu.
ŞAMO

0
0