İndiyədək 6 dəfə
28.05.2011 - 18:04
İndiyədək 6 dəfə
Hər kəsə məlumdu ki, "Barselona" və "Mançester Yunayted" Çempionlar Liqasının finalında artıq ikinci dəfə üz-üzə gələcək. Apasport.az saytının xəbərinə görə, ilk dəfə iki il öncə - 2009-cu ilin mayında Romadakı Olimpiya stadionunda qarşılaşan rəqiblərdən gülən tərəf ispanlar olmuşdu.

"Qırmızı şeytanlar"ı Eto’O və Messinin qolları ilə 2:0 məğlub edən katalonlar tarixində 3-cü dəfə kuboka sahib çıxmışdı.

Lakin eyni komandaların ÇL-in finalında ikinci dəfə qarşılaşmasını daha əvvəllər də müxtəlif komandaların timsalında görmüşük. "MY" - "Barselona" cütlüyü də daxil olmaqla, indiyə kimi tarixdə bu hal 6 dəfə baş verib.

"Real" - "Reyms" 4:3 (1956), 2:0 (1959)

"Milan" - "Benfika" 2:1 (1963), 1:0 (1990)

"Milan" - "Ayaks" 4:1 (1969), 0:1 (1995)

"Ayaks" - "Yuventus" 1:0 (1973), 1:1, p. - 2:4 (1996)

"Milan" - "Liverpul" 3:3, p. - 2:3 (2005), 2:1 (2007)

"Barselona" - "MY" 2:0 (2009), ?:? (2011)