“Barselona” qarşısında şlyapanı çıxarmaq lazımdır”
29.05.2011 - 01:28
“Barselona” qarşısında şlyapanı çıxarmaq lazımdır”
“Barselona” sübut etdi ki, dünyanın ən güclü komandasıdır”. Apasport.az saytının xəbərinə görə, bunu “Zenit” klubunun idman direktoru İqor Korneev deyib.

Çempionlar Liqasının finalında keçirilən “Barselona” – “Mançester Yunayted” görüşünü şərh edən rusiyalı mütəxəssis bildirib ki, katalonlar bütün komponentlərdə rəqibini üstələyib: “Fikrimcə, bu oyuna görə “Barselona” qarşısında şlyapanı çıxarmaq lazımdır. Bu oyun “Barsa”nın son zamanlar sərgilədiyi ən gözəl oyunlardan biri idi. Layiqli qələbə qazanıb, dünyanın ən güclü komandası olduqlarını sübuta yetirdilər”.

Qeyd edək ki, Londondakı “Uembli” stadionunda baş tutan final oyununda “Barselona” “Mançester Yunayted”i 3:1 hesabı ilə məğlub edib.