Bir kubok, 89 yaralı
29.05.2011 - 10:40
Bir kubok, 89 yaralı
İspaniyanın “Barselona” klubunun Çempionlar Liqasını qazanması Kataloniya paytaxtında böyük coşqu ilə qarşılanıb. Apasport.az saytının məlumatına görə, İngiltərə “Mançester Yunayted”i üzərində finaldakı 3:1 hesablı qələbədən sonra Barselona küçələrində keçirilən bayram xoşagəlməz hadisə ilə əlamətdar olub. Belə ki, yaşananlar zamanı 89 nəfər yaralanıb. Onlardan 15-i, o cümlədən 1 polis əməkdaşı isə xəstəxanalıq olub. Xəstəxanadakı yaralılardan 10-nu ciddi xəsarət alıb.