Blatter yenə FİFA prezidenti seçiləcək
29.05.2011 - 10:48
Asiya Futbol Konfederasiyasının başçısı Məhəmməd bin Həmmam FİFA prezidenti seçkilərinə qatılmaqdan imtina edib. Apasport.az saytının məlumatına görə, qurumun indiki rəhbəri Zepp Blatterin qarşıdakı seçkilərdəki yeganə rəqibi bu addımı məcburiyyətdən atıb.
Belə ki, 2022-ci ildə keçiriləcək dünya çempionatının Qətərə verilməsində FİFA İcraiyyə Komitəsi üzvlərini rüşvətlə almaqda ittiham olunması asiyalını geri çəkilməyə məcbur edib. Buna görə də bin Həmmam iyunun 1-də baş tiutacaq seçkilərdə namizəd olmaq istəməyib. Beləliklə, 3 gündən sonra keçiriləcək seçkilərdə Blatter yeganə namizəd olacaq.

0
0