Emin Ağayevin ilk məğlubiyyəti
29.05.2011 - 11:07
Emin Ağayevin ilk məğlubiyyəti
Azərbaycan milli komandasının sabiq futbolçusu Emin Ağayevin baş məşqçisi olduğu “Daqdizel”klubu Rusiya çempionatında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına hörə, Kaspiysk təmsilçisi II divizionun Cənub zonasının VI turunda səfərdə “Slavyansk” ilə qarşılaşıb. Meydan sahiblərinin 2:0 hesablı qələbəsi Ağayevin baş məşqçi karyerasında ilk məğlubiyyət olub. Belə ki, yalnız IV turdan sonra bu posta təyin olunan həmyerlimiz debüt matçında “Qafqaztransqaz-2005” ilə heç-heçə etmişdi – 1:1.

Qeyd edək ki, 6 matçda cəmi 4 xal toplayan kaspiysklilər 18 komanda arasında 16-cı pillədə qərarlaşıb.