“Neftçi”nin 17 rəqibi – SİYAHI
29.05.2011 - 12:20
“Neftçi”nin 17 rəqibi – SİYAHI
Çempionlar Liqasına II təsnifat mərhələsindən başlayacaq 30 komandanın tam siyahısı məlumdur. Apasport.az saytının məlumatına görə, artıq Avstriya və Çernoqoriya çempionları da hansı səbətdə yer alacaqlarını bilirlər.

Bu isə o deməkdir ki, hər 2 səbətdə yer alan klubların hamısının adlarına aydınlıq gəlib. Səpələnməmişlər sırasında olan Azərbaycan çempionu “Neftçi”nin potensial rəqiblərindən 17-si də məlumdur.

Qeyd edək ki, avrokubokların ilk 2 təsnifat mərhələsinin püşkü iyunun 20-də atılacaq.

Çempionlar Liqasının II təsnifat mərhələsində komandaların bölgüsü

Səpələnmişlər:

BATE (Belarus) – 23,216
“Makkabi” (Hayfa, İsrail) – 21,400
“Dinamo” (Xorvatiya) – 20,224
“Rusenborq” (Norveç) – 19,375
“Partizan” (Serbiya) – 15,850
APOEL (Kipr) – 13,124
“Visla” (Polşa) - 10,183
“Şturm” (Avstriya) – 8,640
“Liteks” (Bolqarıstan) – 8,575
“Slovan” (Slovakiya) - 5,899
“Viktoriya” (Çexiya) – 5,170
“Maribor” (Sloveniya) - 4,224
HİK (Finlandiya) – 3,793
“Ekranas” (Litva) – 3,541
“Zestafoni” (Gürcüstan) - 2,891
“Malmö” (İsveç) – 2,825
“Şemrok Rovers” (İrlandiya) - 2,741

Səpələnməmişlər:

“Daçiya” (Moldova) – 2,549
“Pünik” (Ermənistan) – 2,516
“Borats” (Bosniay və Herseqovina) - 2,324
“Moqren” (Çernoqoriya) – 2,275
“Skonto” (Latviya) – 2,233
“Fehervar” (Macarıstan) – 2,200
“Banqor Siti” (Uels) 2,058
“Torshavn” (Farer adaları) – 1,783
“Linfild” (Şimali İrlandiya) – 1,699
“Tobol” (Qazaxıstan) – 1,624
“Flora” (Estoniya) – 1,508
“Breydablik” (İslandiya) – 1,491
“Neftçi” (Azərbaycan) – 1,233
“Şkendiya” (Makedoniya) – 1,041
“Skenderbeu” (Albaniya) – 0,774
I təsnifat mərhələsinin 2 qalibi