Löv: Azərbaycanla görüşdə 1 hücumçu ilə oynamayacağıq
29.05.2011 - 13:43
Löv: Azərbaycanla görüşdə 1 hücumçu ilə oynamayacağıq
“Hazırda yığmanın 1 nömrəli hücumçusu Miroslav Klozedir. O, öz hərtəfərli bacarığı, oyun üslubi ilə Mario Qomesdən az da olsa, üstündür”. Apaport.az saytının məlumatına görə, bu söləri Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv deyib.

Avro-2012-nin seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olan Bundestimin çalışdırıcısı qarşıdakı 3 matçda hansı hücumçuya güvənəcəyini də açıqlayıb: “Mayın 29-da Uruqvayla yoldaşlıq oyununda da, iyunun 3-də Avstriya ilə AVRO-2012-nin seçmə matçında da 1 hücumçu ilə oynayacağıq. Bu da Kloze olacaq. Lakin bunu iyunun 7-də Bakıda Azərbaycan yığması ilə görüş haqda demək olmaz. Həmin matçda ənənəvi 1 hücumçu ilə oynamaq taktikasını dəyişəcəyəm”.

0