“Bu, təkcə yoldaşlıq oyunu deyil”
29.05.2011 - 18:28
“Azərbaycanla qarşılaşma təkcə yoldaşlıq oyunu deyil. Bu bizim üçün həm də bir sınaqdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Moldova yığmasının baş məşqçisi Sergey Kirillov deyib.
Mayın 31-də Azərbaycan milli komandası ilə qarşılaşacaq moldovalıların çalışdırıcısı bu görüşü əhəmiyyətli sayır: “Avropa çempionatının seçmə oyunları ərəfəsində belə qarşılaşmalar böyük önəm kəsb edir. Bu üzdən də qarşıdakı matç bizim üçün seçmə mərhələ öncəsi məşq xarakteri daşıyır. Belə oyunlarda nəyə qadir olduğumuzu görə bilərik”.
Qeyd edək ki, Azərbaycan və Moldova yığmaları arasında oyun mayın 31-də Lənkəranda keçiriləcək.

0
0