“Ramiz Məmmədovla problemim yoxdur”
29.05.2011 - 19:38
“Ramiz Məmmədovla problemim yoxdur”
“Əvəzedici komandaya göndərilməyim zədə ilə bağlı idi. Baş məşqçimiz Ramiz Məmmədovla aramızda heç bir problem yoxdur”. Apasport.az saytının məlumatına görə, bu sözləri Qazaxıstanın “Atırau” klubunun futbolçusu Xose İqnasio Leon deyib.

Ölkə çempionatları tarixinə ilk argentinalı kimi düşən futbolçu komandanın azərbaycanlı baş məşqçisi Ramiz Məmmədovla münaqişəyə girdiyini iddia edənlərin yanlış fikir yürütdüyünü bildirib? “Belə deyənlərə inanmayın. Klubu da tərk etmirəm hələ noyabra qədər buradayam. Axı müqaviləmin müddəti 1 illikdir və sanadək burada qalacağam. Bizin komanda çox mehribandır. Özümüzü bir ailə sayırıq”..