Van der Sar harada oynayacağını açıqladı
29.05.2011 - 21:19
Van der Sar harada oynayacağını açıqladı
“İngiltərədə bəzi məşqçi kurslarını oxumuşam. Məşqçilik təhsilimi Hollandiyada da davam etdirəcəyəm”. Apaport.az saytının məlumatına görə, bu sözləri İngiltərənin “Mançester Yunayted” klubunun əfsanəsi Edvin van der Sar deyib.

Çempionlar Liqasının “Barselona” ilə final oyunundan (1:3) sonra əvvəlcədən açıqladığı kimi karyerasını bitirən hollandiyalı gələcək planları haqda danışıb: “Lakin bu o demək deyil ki, məşqçi olacağam. Hələ heç nə bilmirəm. Şənbə-bazar günləri dostlarımla birlikdə doyunca futbola baxmaq istəyirəm. Vaxtımı ailəmlə keçirəcək, bir də qolf oynayacağam”.