“Azərbaycanla oyundan öncə qələbə özümüzə inamı daha da artırdı”
30.05.2011 - 12:12
“Mən Almaniya yığmasının heyətində ilk qolumu vurduğum üçün çox sevincliyəm”. Apasport.az saytının məlumatına görə, bunu Almaniya yığmasının futbolçusu Andre Şürrle deyib.
Avro-2012-nin seçmə mərhələsi çərçivəsində iyunun 7-də Azərbaycan milli komandasının qonağı olacaq Bundestim yoxlama matçında Uruqvaya 2:1 hesabı ilə qalib gəlib. Almanların heyətində 3-cü oyununa çıxan və qol hesabını açan 21 yaşlı Şürrle bildirib ki, bu görüşdə qələbə onlara böyük ruh yüksəkliyi verib: “Uruqvay futbolçularına qalib gəlmək bizim üçün vacib idi. Çünki qarşıda bizi Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Avstriya və Azərbaycanla oyunlar gözləyir. Yoldaşlıq matçında rəqibimizi məğlub etməyimiz isə özümüzə inamı daha da artırdı”.
Qeyd edək ki, Azərbaycan – Almaniya matçı saat 22:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

0
0