Azərbaycan yığması Moldova millisini məğlub etdi - YENİLƏNİB
31.05.2011 - 18:50
Azərbaycan yığması Moldova millisini məğlub etdi - YENİLƏNİB
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün növbəti yoldaşlıq oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Avropa çempionatının seçmə mərhələsinə hazırlaşan milli komandamız Moldova ilə qarşılaşıb.

Lənkəranda baş tutan görüşdə qapılara 1 top vurulub. İkinci hissənin əvvəllərində Mirhüseyn Seyidovun vurduğu qol komandamıza minimal hesablı qələbə qazandırıb.

AZƏRBAYCAN – MOLDOVA - 1:0
QOL: Mirhüseyn Seyidov, 48
Baş hakim: Elçin Məmmədov
Baş hakimin köməkçiləri: Rza Məmmədov, Namiq Hüseynov
Dördüncü hakim: Orxan Məmmədov

Qeyd edək ki, Azərbaycan - Moldova oyununda stadiona giriş pulsuzdur.