UEFA Bosniya və Herseqovinanı futbola qaytardı
31.05.2011 - 08:22
UEFA Bosniya və Herseqovinanı futbola qaytardı
UEFA Bosniya və Herseqovina Futbol Federasiyasına tətbiq etdiyi cəzanı ləğv edib. Apasport.az saytının məlumatına görə, qurumun fövqəladə məsələlər üzrə işçi qrupu balkanlıların bütün yarışlardan kənarlaşdırılması ilə bağlı qərarın dərhal ləğv olunmasını lazım bilib. Buna bosniyalıların federasiyanın nizamnaməsinə dəyişiklik etməsi səbəb olub. Yenilənən sənəd FİFA və UEFA tələblərinə uyğun olduğundan onlara tətbiq olunan cəzalar ləğv edilib. Bu isə o deməkdir ki, Bosniya və Herseqovina yığması seçmə və yoldaşlıq oyunları keçirə bilər.