Falkao olan yerdə azərbaycanlı futbolçu yoxdur
31.05.2011 - 10:01
Dünyanın ən məhsuldar futbolçularının siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2011-ci ildə keçirilən beynəlxalq oyunlarda ən çox qol vuranların siyahısını tərtib edib.
Milli komanda və qitə kuboklarında ən azı 5 qol vuranların cədvəlinə 39 oyunçu daxil olub. Portuqaliya “Portu”sunda çıxış edən kolumbiyalı Radamel Falkao 11 qolla siyahıya başçılıq edir. O, yığmada 1, klubda 10 qol vurub. Suriyalı Firas Məhəmməd Əl Xətib millidə 1, Küveytin “Əl Qüdsiyyə” klubunda 8 qol vurmaqla 2-ci pillədə qərarlaşıb. İlk “üçlüy”ü qapayan italiyalı Cüzeppe Rossi 2 dəfə yığmada, 6 dəfə İspaniya “Vilyarreal”ında fərqlənib.
Qeyd edək ki, Azərbaycan təmsilçiləri siyahıda yer almayıb.

0
0