Fatih Terim: Azərbaycana söz vermişəm
31.05.2011 - 10:28
Fatih Terim: Azərbaycana söz vermişəm
“Qalatasaray” yeni çalışdırıcısı Fatih Terimin rəhbərliyi altında məşqlərə başlayıb. Apasport.az saytının məlumatına görə, qızğın məşqlərə baxmayaraq təcrübəli mütəxəssis səfərləri səbəbindən bir müddət komandanın hazırlıqlarında iştirak edə bilməyəcəyini açıqlayıb.

Terim bildirib ki, Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Belçika – Türkiyə oyunundan sonra Azərbaycana yollanacaq: “Hamı yeni bir “Qalatasaray”ın olacağını gözləyir. Hazırlıqlara başlamışıq və 2-3 gündür Floryadayam. Məşqlərimiz gecə 10-a kimi davam edir. Lakin millinin oyununa da getmək istəyirəm. Bundan sonra isə Azərbaycan yollanacağam. Çünki onlara söz vermişəm”.

Terim Arda Turanın da “Qalatasaray”da qalıb-qalmayacağına aydınlıq gətirib. Onun sözlərinə görə, Türkiyə yığmasının növbəti görüşündən sonra bu məsələ öz həllini tapacaq.

Qeyd edək ki, Terim iyunun 6-da Azərbaycan futbolunun 100 illik yubileyi münasibətilə keçiriləcək tədbirdə iştirak edəcək.