Bundestimdə növbəti itki
31.05.2011 - 11:05
Bundestimdə növbəti itki
Almaniya millisi Miroslav Klozenin ardından daha 1 futbolçusunu itirib. Apasport.az saytının məlumatına görə, “Bohum”la Bundesliqada qalmaq uğrunda pley-off matçında zədələnən Mönhenqladbax “Borussiya”sının yarımmüdafiəçisi Marko Reus yığmanın düşərgəsindən kənarlaşdırılıb. Təkrar müayinə zamanı həkimlər onun komandaya kömək etmək gücündə olmadığını bildiriblər.

Nəticədə Reus Avro-2012-nin seçmə mərhələsi çərçivəsində iyunun 3-də Avstriya, 4 gün sonra Azərbaycan milliləri ilə oyunda iştirakdan məhrum olub.

Qeyd edək ki, 22 yaşlı futbolçu Uruqvayla matçda Almaniya millisində debüt edib.