“Eyforiyaya qapılmaq yox, reallığı nəzərə almalıyıq”
31.05.2011 - 11:57
Azərbaycan milli komandasının sabiq baş məşqçisi Şahin Diniyevin apasport.az saytına müsahibəsi
- Siz Qazaxıstan yığması ilə rəsmi oyunlarda milli komandamızın baş məşqçisi olan yeganə çalışdırıcısınız. Bu mənada millimizin iyunun 3-də Astanada keçirəcəyi görüşdən nə gözlədiyinizi bilmək maraqlı olardı...
- İki bərabər səviyyəli komandanın görüşü olacaq. Fikrimcə, Azərbaycan və Qazaxıstan yığmaları arasında böyük səviyyə fərqi yoxdur. Rəqibin bir az üstünlüyü var ki, bu da evdə oynamasıdır. Qazaxlar bu amildən yararlanmağa çalışacaqlar. Məncə, bu görüşdə bəxtdən, oyunun necə alınmasından çox şey asılı olacaq. Elə ola bilər ki, daha çox hücum edəsən, top qapıya getməsin, ancaq özün axmaq qol buraxıb, uduzasan. Yaxud daha çox müdafiədə oturub, əks-hücumlarda fərqlənməyə ümid edəsən. Komandalar arasında oyunun nəticələri qrupumuzda 5-ci yer uğrunda mübarizədə böyük rol oynayacaq. Bu mənada Azərbaycanla Qazaxıstan yığmaları bir-birindən maksimum xal götürməyə çalışacaq.
- Futbolçularımıza nə tövsiyə edərdiniz?
- Oyuna köklənmədən çox şey asılıdır. Bu mənada baş məşqçinin üzərinə böyük iş düşür. Belə görüşlərdə motivasiya böyük rol oynayır. Kim daha çox soyuqqanlı olsa, gərginliyi aradan qaldırsa, sakit oynasa, qalib gəlmək şansı çox olacaq.
- Sizcə, son 4-5 illə müqayisədə bu 2 yığmada böyük dəyişiklər olubmu? Yəni, hansısa komandanın gücləndiyini, yaxud zəifləndiyini demək olarmı?
- Heyətdə dəyişiklər olsa da, komandaların gücü demək olar eyni qalır. Bu baxımdan arxada qalan müddətdə böyük fərq yoxdur. Ona görə də Qazaxıstanla Azərbaycan yığmaları eyni səviyyəli komandalardır.
- Avro-2008-nin seçmə mərhələsində rəhbərliyiniz altında millimizin Qazaxıstanla 1:1 hesabı ilə nəticələnən oyunları yadınızda necə qalıb?
- Maraqlı oyunlar oldu. Hər iki görüşdə hesabı biz açdıq, ancaq üstünlüyümüzü qoruya bilmədik. Əsas odur ki, həmin vaxt yığmamızda oyun vardı. Oyun olmadan nəyəsə ümid etmək qeyri-mümkündür. Daha çox biz hücum edirdik, xoşbəxtliyimizi rəqib qapısı ağzında axtarırdıq. Belə demək olar ki, Qazaxıstanla oyunlarda 180 dəqiqə vaxtımızı hücumda keçirdik. Çoxlu qol imkanlarımız oldu, ancaq hər görüşdə bunun birindən istifadə edə bildik. Mən az öncə bəxt amilini əbəs yerə demədim. Çünki Qazaxıstanla səfər oyununda bəxtimiz gətirmədi. Hesabı açdıq, daha çox rəqib futbolçu qırmızı vərəqə aldığından azlıqda qaldı. Rəqibə meydanın mərkəzini keçməyə imkan vermirdik. Bu zaman bəxt lazımdır və o, rəqibin üzünə gəldi. Topu öz qapımıza göndərdik, Samir Abasovun başına dəyən top qapımızdan keçdi.
- Sizin komandanızın Qazaxıstanla oyunlarda daha çox hücum etdiyini qeyd etdiniz. Necə hesab edirsiniz, Berti Foqtsun baş məşqçisi olduğu milli komandamızdan Astanadakı görüşdə bunu gözləmək olar?
- Yığmamız cari seçmə mərhələdəki səfər oyunlarında daha çox ehtiyatlanır, hücum quruculuğunda böyük əngəllər var. Ancaq onu da nəzərə alaq ki, bunlar Almaniya, Avstriya, Belçika kimi güclü yığmalarla görüşlərdə idi. Ancaq budəfəki rəqibimiz bizimlə eyni səviyyəli olduğundan, hücum etmək imkanımız çox olacaq. Ancaq hücum etmək o demək deyil ki, 11 nəfərlə irəli atılasan. Qapının toxunulmazlığını da qorumaq lazımdır ki, bunun üçün müdafiədə də diqqətli oynamalısan.
- Qazaxıstan – Azərbaycan oyununa proqnozunuz necədir?
- Hər iki komanda qalib gəlmək istəyir. Qüvvələr nisbətinə görə heç-heçəlik oyundur. Bu, sadəcə, proqnozdur. Mən hələ xeyli əvvəldən Azərbaycanla Qazaxıstanın qrupda 5-ci yer uğrunda mübarizə aparacağını deyəndə, bir çoxları məni qınayırdı. Ancaq bu, reallıqdır. Düzdür, Qazaxıstanda qələbə qazansaq, artıq 4-cü yeri tutmağımız haqda danışa bilərlər. Ancaq fikrimcə, eyforiyaya qapılmaq yox, real gücümüzü nəzərə almaq lazımdır. Oyunun necə nəticələnəcəyini əvvəldən dəqiq demək olmur.
- Astanadakı matçın nəticəsinin 5-ci yer uğrunda mübarizədə vacib olacağını nəzərə alsaq, məğlubiyyəti bizim üçün acınacaqlı nəticə sayırsınız?
- Mən belə deməzdim. Bir-birimizdən 5 qat güclü deyilik ki... Acınacaqlı nəticə Almaniyanın evdə bizə məğlubiyyəti olardı. Yaxud, Türkiyənin bizə uduzmağı onlar üçün acınacaqlı nəticədir.
- Qazaxıstan yığmasından fərqli, bizim 4 gün sonra növbəti rəsmi oyunumuz olacaq. Səfərdən yaxşı nəticə ilə qayıtmağımız Almaniya kimi güclü rəqiblə ev oyununda psixoloji durumu yüksəltmək baxımından vacibdir...
- Bunda mentalitet rol oynayır. Ola bilər ki, səfərdə qələbədən sonra arxayınlaşıb, evdə bunun acısını çəkəsən. Yaxud səfərdə məğlubiyyətdən sonra komanda toparlanıb, nəticə qazanacaq. Yığmamız Türkiyə ilə oyuna qədər hər 2 səfər oyununda böyük hesablı uduzsa da, Türkiyə ilə Bakıdakı görüşdə öz sözünü deyib, qalib gələ bildi. Bütün bunları nəzərə alsaq, baş məşqçinin komandanın oyuna necə hazırlamağı böyük əhəmiyyət daşıyır.
- Almaniya kimi güclü rəqiblə Bakıdakı oyunda nəyə ümid edə bilərik?
- Saytlardan oxuyuram ki, Almaniya yığmasında zədəli futbolçular və bir sıra gənc futbolçular çağırılıb. Almanların bir ayağı demək olar final mərhələsindədir. Ancaq təbii ki, onlar Bakıya məğlub olmağa gəlmirlər. Həmin gənc alman futbolçular yığmada möhkəmlənmək üçün özlərini yaxşı tərəfdən göstərməyə, oyun göstərməyə çalışacaq. Oyun olanda isə nəticə özü gəlir.
Mehman SÜLEYMANOV

0
0