Foqtsun bəyənmədiyi futbolçu Ukrayna Premyer Liqasında
31.05.2011 - 13:00
Foqtsun bəyənmədiyi futbolçu Ukrayna Premyer Liqasında
Azərbaycan yığmasının sabiq futbolçusu Ruslan Zeynalovun şərəfini qoruduğu “Aleksandriya” klubu Ukrayna Premyer Liqasına yüksəlib. Apasport.az saytının məlumatına görə, Aleksandiyanın eyni adlı təmsilçisi 1-ci dəstədə yarışın sonuna 2 tur qalmış elitaya vəsiqəni təmin edib.

Bu, “Lvov” üzərində 1:0 hesablı qələbədən sonra rəsmiləşib. Vaxtilə yığmamıza cəlb olunan 29 yaşlı yarımmüdafiəçi son görüşdə də meydana çıxmaqla, komandasının uğurunda pay sahibi olub.

Qeyd edək ki, milli komandamızın baş məşqçisi Berti Foqts Zeynalovu yığmanın hazırlıqlarına çağırsa da, onu bəyənməyərək oyunlarda sınamayıb.