“Mançester Yunayted”in əfsanəsi karyerasını bitirdi
31.05.2011 - 13:55
“Mançester Yunayted”in əfsanəsi karyerasını bitirdi
“Mançester Yunayted”in əfsanəvi futbolçusu Pol Skoulz karyerasını başa vurub. Apasport.az saytının məlumatına görə, 37 yaşlı yarımmüdafiəçi 17 ildir şərəfini qoruduğu “qırmızı şeytanlar”ın məşqçilər korpusuna daxil olacaq: “Karyeramı bitirməklə bağlı qərar vermək mənə asan olmadı. Ancaq hiss edirəm ki, indi əsl vaxtıdır. Etiraf edirəm ki, futbol ən böyük arzum idi. “Mançester Yunayted”də belə uzunmüddətli və uğurlu karyera mənim üçün qürurvericidir. Klubuma tarixində 19-cu titulunu qazanmaqda kömək etmək böyük üstünlükdür”.

Qeyd edək ki, Pol “Mançester Yunayted”ə 14 yaşında gəlib vəonun heyətində 10 dəfə ölkə çempionluğunu, 3 dəfə ölkə kuboku, 2 dəfə Liqa Kuboku, 5 dəfə ölkə Super Kuboku və 2 dəfə Çempionlar Liqasını qazanıb. Yarımmüdafiəçi həmçinin kamanda ilə klublararası dünya çempionu və qitələrarası kubokun qalibi olub.