“Abşeron” toplantının vaxtını dəyişdi
31.05.2011 - 16:47
“Abşeron” toplantının vaxtını dəyişdi
Növbəti mövsümdən Azərbaycan Premyer Liqasında çıxış edəcək “Abşeron” klubunun sabah keçirilməli olan toplantısı təxirə salınıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, buna səbəb komandanın futbolçularının müxtəlif yaş qrupunda yığmalarının düşərgəsində olmasıdır. Bu səbəbdən yığıncağın iyunun 7-də keçirilməsi qərara alınıb.

Qeyd edək ki, toplantıda baş məşqçi Mirbağır İsayev 2010/2011 mövsümü ilə bağlı hesabat verməli və icarə əsasında olan futbolçuların gələcək taleyinə aydınlıq gətirəcək. O, həmçinin komandanın yüksək liqaya çıxmasında əməyi olan bütün oyunçularla gələcək əməkdaşlığın detallarını müəyyənləşdirməli, yeni transferlər barədə klubun prezidenti Yaşar Rüstəmovla fikir mübadiləsi aparacaq.