Bernard Lippert: Son 15 dəqiqə istisna olmaqla, yaxşı oynadıq
31.05.2011 - 19:24
“Çox maraqlı oyunun şahidi olduq”. Apasport.az saytının xəbərinə görə, bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Bernard Lippert deyib.
Milli komandamız bu gün növbəti yoxlama matçında qüvvəsini sınayıb. Lənkəranda Moldovanı qəbul edən yığmamız meydandan minimal hesablı (1:0) qələbə ilə ayrılıb. Oyunla bağlı fikirlərini açıqlayan Lippert bildirib ki, yetirmələri çoxlu qol vəziyyəti yaratsa da, bunun yalnız birindən istifadə edə biliblər: “Həm çoxlu qol epizodu yaratdıq, həm də kombinasiyalar qurduq. Moldova güclü komandadır. Son 15 dəqiqə istisna olmaqla, yaxşı oynadıq. Cəmi 1 qol vurduq deyə, millinin heyətinə Almaniyadan gələn futbolçular haqda nəsə demək istəmirəm. Seleksiya işləri davam edəcək”.

0
0