Milli komandamızın planları məlum oldu
31.05.2011 - 19:51
“İndi futbolçular istirahətə yollanırlar”. Apasport.az saytının xəbərinə görə, bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Bernard Lipper deyib.
Lənkəranda Moldova ilə yoldaşlıq oyunundan (1:0) sonra yığmanın planları barədə danışan alman çalışdırıcı bildirib ki, komandamız avqustun əvvəllərində bir araya gələcək: “Avqustun 9-da Estoniya ilə səfərdə qarşılaşacağıq. Avqustun 21-də isə Almaniyaya təlim-məşq toplanışına yollanacağıq. Orda İngiltərə ilə oyuna hazırlaşacağıq”.

0
0