Rasim Abışovun oğlu Rusiyada fərqləndi
01.06.2011 - 08:25
Rasim Abışovun oğlu Rusiyada fərqləndi
Azərbaycan milli komandasının sabiq futbolçusu Rasim Abışovun oğlu Rusiya mətbuatının diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, Rahib Abışov Stavropol vilayətinin çempionatında fərqlənib. “Elektroavtomatika” klubunun şərəfini qoruyan həmyerlimiz yeniyetmə futbolçular arasında bölgə çempionatının mərkəzi oyununun qəhrəmanlarından olub. Rahib “Qiqant”la səfər matçında hesab 1:1 olarkən səhnəyə çıxaraq qol sevinci yaşayıb.

Qeyd edək ki, Abışovun komandası 6 oyunda 6 qələbə qazanaraqçempionatın vahid lideridir.