Kayrat Nurdauletov: Azərbaycanlılar əsasən hücumda oynayırlar
01.06.2011 - 09:30
“Azərbaycanla oyun ərəfəsində daha çox taktika üzərində çalışırıq. Rəqibin güclü və zəif tərəflərini öyrənə bilmişik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Qazaxıstan milli komandasının kapitanı Kayrat Nurdauletov deyib.
O, Avro-2012-nin seçmə mərhələsinin iyunun 3-də baş tutacaq Qazaxıstan –Azərbaycan matçı haqda fikirlərini açıqlayıb: “Azərbaycanlılar müdafiə olunmağı xoşlamırlar, əsasən hücumda oynayırlar. Biz bütün bu məqamları nəzərə alacağıq. Həm də ki, əminliklə söyləyə bilərəm ki, biz Azərbaycan yığmasından zəif deyilik”.

0
0