Karlos Alberto Torres: İslahatlar həmişə müsbət nəticələnir
01.06.2011 - 10:13
“FİFA-da ciddi dəyişikliklər olmalıdır. Orada vəzifəyə gələ biləcək o qədər bacarıqlı, yaxşı insanlar var ki”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının sabiq baş məşqçisi Karlos Alberto Torres deyib.
Yığmamızın tarixinə ilk əcnəbi məşqçi kimi düşən Braziliya millisinin sabiq kapitanı futbol qurumlarında sabiq oyunçuların çoxluq təşkil etməsinin tərəfdarıdır: “Mişel Platini UEFA-da fantastik işlər görür. Bir baxın, Çempionlar Liqası hansı səviyyəyə yüksəlib. DÇ-2006-nı möhtəşəm təşkil edən Frans Bekkenbaueri də yaddan çıxarmayın. Artıq FİFA-ya yeni adamlar rəhbərlik etməlidir. Yoxsa ki, heç nəyin dəyişməməyi insanlarda şübhələrə əsas verir. Məncə, islahatlar həmişə müsbət nəticələnir”
Qeyd edək ki, 13 il Braziliya yığmasında oynamış Torres 53 matçda milli forma geyib. 1970-ci ildə dünya kubokunu kapitan kimi başı üzərinə qaldıran əfsanə 1982-ci ildə futbolçu karyerasını bitirib.
Torres 2004-cü ilin fevralından 2005-ci ilin iyununa qədər Azərbaycan milli komandasının baş məşqçisi olub.

0
0