Mirça Rednikdən 800 min avroluq jest
01.06.2011 - 10:24
Rumıniyalı mütəxəssis Mirça Rednik baş məşqçisi olduğu “Xəzər Lənkəran” klubundan ayrılmaq istəmir. Apasport.az saytının məlumatına görə, 49 yaşlı çalışdırıcı Azərbaycan kubokunu qazandırdığı komandada qalmaq üçün ərəb şeyxlərinin cəlbedici təklifindən də imtina edib.
Belə ki, Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əyn” klubunun danışıqlar apardığı Rednik onlara “yox” cavabı verib. Rumıniya mətbuatının yazdığına əsasən, “Əl-Əyn” rəhbərliyi mütəxəssisə ildə 800 min avro əmək haqqı söz verib.
Lakin Rednik 910 min 800 manata bərabər məbləğdən imtina edib. Bu isə 1 ayda 75900 manat deməkdir.

0
0