Berti Foqts milli komandaya daha bir qapıçı çağırdı
01.06.2011 - 11:33
Berti Foqts milli komandaya daha bir qapıçı çağırdı
Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, Avro-2012-nin seçmə mərhələsi çərçivəsində iyunun 3-də Qazaxıstan, iyunun 7-də isə Almaniya ilə qarşılaşacaq Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts daha bir futbolçunu heyətə cəlb edib. Bu, “Bakı” klubunun qapıçısı Aqil Məmmədovdur.

Qeyd edək ki, əvvəllər də millinin düşərgəsinə dəvət olunan qapıçı yığmada debüt etməyib.