Dmitri Kruqlov Vailyevin rekordunu təkrarlaya bilmədi
02.06.2011 - 08:50
Bakının “İnter” klubunun futbolçusu Dmitri Kruqlov çıxış etdiyi Estoniya milli komandasının heyətində fərqlənib. Apasport.az saytının məlumatına görə, son Azərbaycan kubokunun finalçısı vətənində yığmanın ən çox oyun praktikası olan futbolçularından sayılıb. Belə ki, eston həmkarlarımız yığma üzvlərinin son mövsümdə meydana çıxdığı matçların sayına əsasən xüsusi yazı hazırlayıb.
Sloveniyanın “Nafta” klubunda 19, “Koper”də 16 matç keçirən Konstantin Vasilyev 35 oyunla hamıdan öndə qərarlaşıb. Azərbaycan Premyer Liqasında 32 oyuna çıxan 2 futbolçudan biri olan Kruqlov isə yığmasında yalnız Vasilyevdən geri qalıb.

0
0